ABŞ-da miqrant çatışmazlığı: İqtisadiyyat fəlakətlə üzləşəcək

      ABŞ-da miqrant çatışmazlığı:    İqtisadiyyat fəlakətlə üzləşəcək
  26 Oktyabr 2022    Oxunub:830
Əgər ölkə hakimiyyəti miqrantların məşğulluq payını artırmasa, ABŞ iqtisadiyyatı fəlakətli nəticələrlə üzləşəcək.
Bunu Amerikanın əmək naziri Martin Uolş bəyan edib. Onun sözlərinə görə, ABŞ-da hakimiyyətdə olan hər iki partiya, o cümlədən respublikaçılar və demokratlar hazırda ölkədə miqrantların sayının artırılması üçün lazımi tədbirlər görmürlər. Üstəlik, dövlətin mühacirlərə ehtiyacı olsa da, Amerika rəsmiləri miqrasiyanın qarşısını almağa çalışırlar:

“Biz tənəzzüllə bağlı narahatlığımızdan danışırıq, inflyasiyadan danışırıq. Düşünürəm ki, immiqrasiya vasitəsilə bizə daha çox işçi cəlb etməsək, daha çox fəlakətlə üzləşəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti