Estoniyada xəbərdarlıq sirenləri quraşdırılacaq

Estoniyada xəbərdarlıq sirenləri quraşdırılacaq
  26 Oktyabr 2022    Oxunub:1471
Estoniyada təhlükə xəbərdarlığı sirenləri quraşdırılacaq.
Bu barədə “ERR” portalı məlumat yayıb. Mənbənin məlumatına görə, Estoniyanın Daxili İşlər Nazirliyinin informasiya texnologiyaları mərkəzi və Estoniya Xilasetmə İdarəsi Slovakiyanın "Teleqrafia" şirkəti ilə media, rəsmi saytlar, SMS göndərişləri və səsgücləndiricilərlə yanaşı hərbi təhdidlər və fövqəladə hallarla bağlı xəbərdarlıq sirenlərinin alınması üçün müqavilə imzalayıb.

Sirenlər ilin sonuna kimi ölkənin 22 şəhərində, xüsusilə Tallin və onun ətraflarında, Narva, Pyarnu, Tartu və digər şəhərlərdə quraşdırılacaq. Estoniya hakimiyyəti xəbərdarlıq sisteminin maliyyələşdirilməsinə 4,5 milyon avro ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti