Peskov: "Putin Sunakı təbrik etməyəcək"

      Peskov:    "Putin Sunakı təbrik etməyəcək"
  26 Oktyabr 2022    Oxunub:1397
Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın yeni baş naziri Rişi Sunaka təbrik teleqramı göndərməyib. Çünki Britaniya qeyri-dost ölkə kimi təsnif edilir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

"Xeyr təbrik ünvanlanmayıb. Bilirsiniz ki, Böyük Britaniya indi dost olmayan ölkələr kateqoriyasındadır. Ona görə də teleqram göndərilmədi", - Peskov qeyd edib.

Xatırladaq ki, bazar ertəsi Rişi Sunak Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının rəhbəri seçilib. O, həm də ölkənin baş naziri vəzifəsini icra edir. Kral III Çarlz isə yeni baş nazirə yeni hökuməti qurmağı tapşırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti