"Putin, Əliyev və Paşinyan görüşünün vaxtını təyin edəcəyik" - Peskov

   "Putin, Əliyev və Paşinyan görüşünün vaxtını təyin edəcəyik" -    Peskov
  26 Oktyabr 2022    Oxunub:654
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü hazırlanır. Görüşün vaxtı və yeri daha sonra dəqiqləşdiriləcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz artıq məlumat vermişdik ki, belə bir üçtərəfli görüş hazırlanır. Ümid edirik ki, bu baş tutacaq. Biz də sizə yer və vaxtla bağlı əlavə informasiyalar verəcəyik", - Peskov üçtərəfli görüşün olub-olmayacağı sualına belə cavab verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov   Görüş  



Xəbər lenti