Ukraynada minə yaxın cəsəd tapılıb

   Ukraynada    minə yaxın    cəsəd tapılıb
  26 Oktyabr 2022    Oxunub:997
Ukraynanın rus işğalçılarından yenicə azad edilmiş ərazilərində torpaqdan minə yaxın cəsəd çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, İtkin Düşmüş Şəxslərin İşləri üzrə Müvəkkilin Aparatı işğaldan yenicə azad edilmiş əraziləri araşdırır.

Kiyev Donetskdə 43 kütləvi məzarlıq aşkarlayıb
"Axtarış işləri nəticəsində artıq minə yaxın həlak olmuş qəhrəmanlarımızın və dinc əhalinin cəsədi çıxarılıb. Xüsusilə, İzyumda 450-yə yaxın cəsəd tapılıb ki, bu da ən böyük kütləvi məzarlıqlardan biri sayılır", - məlumatda deyilir.

Məlumatda o da vurğulanır ki, rus hərbçilərin vəhşiliklərini sübut edən sarsıdıcı faktlar üzə çıxır, ölənlər arasında təkcə hərbi qulluqçular deyil, mülki şəxslər – yaşlılar və uşaqlar da var.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bu günə kimi bir neçə dəfə mülki şəxslər və hərbçilərin gizlin basdırıldığı kütləvi məzarlıqlar aşkarlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Məzarlıq  





Xəbər lenti