"Ukraynada 2 saat anbarda gizləndim" - Almaniya prezidenti

   "Ukraynada 2 saat anbarda gizləndim" -    Almaniya prezidenti
  26 Oktyabr 2022    Oxunub:1292
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya səfərindən danışıb. O, səfərdən sonra Rusiyanın başlatdığı müharibə ilə bağlı hekayələrdən şoka düşdüyünü bildirib.
Prezidentin fikrincə, Almaniyada insanların əsl durumu haqqında yanlış təsəvvürlər var.

Almaniyanın “Tagesschau” nəşrinə müsahibə verən Ştaynmayer raket təhlükəsi səbəbindən Çerniqov vilayətindəki anbarda təxminən iki saat qaldığını da qeyd edib. Onun sözlərinə görə, orada şok əhvalatlar eşidib.

Almaniya prezidenti Zelenskiyə yeni silahlar söz verib
"Almaniyada hər şey təsəvvür etdiyimizdən də qat-qat qorxuludur. Bizə danışılan hekayələr məni şoka saldı" - prezident qeyd edib.

O, qeyd edib ki, “dünya ədalətli olmalıdır”. Söhbət Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasından gedir. Ancaq bu, indi müzakirə olunmur: "İndi biz o mərhələdə deyilik".

Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 25-də gözlənilmədən Kiyevə səfər etdi.

Sonradan məlum oldu ki, Ukraynada müharibə başlayandan bəri ilk dəfə Kiyevə səfər edən Almaniya prezidenti Çerniqov vilayətindəki sığınacaqda bir saatdan çox vaxt keçirməli olub. Hava hücumu bölgədə saat 11:29-dan 12:36-dək davam edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Almaniya  





Xəbər lenti