"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalaya bilər" - Paşinyan

   "Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalaya bilər" -    Paşinyan
  26 Oktyabr 2022    Oxunub:1166
Bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan hər şeyi edəcək.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Bu nə dərəcədə realdır? Mən belə cavab verəcəm: hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik”, - Paşinyan bildirib.

Baş nazirin qeyd edib ki, Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalanana qədər Azərbaycanla sərhəd delimitasiyasının başa çatdırılmasına ümid edir.

"Praqada ərazi bütövlüyünün qarşılıqlı tanınmasının 1991-ci il sərhədləri əsasında baş tutacağına dair razılaşma əldə olunub. Bu, real ola bilər, çünki həmin sərhədlər məlumdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti