Ağdaşda maşın çaya aşdı - Ölən var

Ağdaşda maşın çaya aşdı - Ölən var
  08 May 2014    Oxunub:1213
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qoşaqovağ kəndində Şirvan kanalına “VAZ” markalı minik avtomobilinin düşməsi və içərisində 1 nəfərin olduğu barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb. Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

Əməliyyat saat 03:40-da başa çatıb.


Teqlər:





Xəbər lenti