Putinə nüvə xəbərdarlığı olunub - Blinken

Putinə nüvə xəbərdarlığı olunub -    Blinken
  26 Oktyabr 2022    Oxunub:1029
Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə ediləcəyi təqdirdə Rusiyanı hansı nəticələrin gözləyəcəyi barədə Vladimir Putinə xəbərdarlıq edilib.
AzVision.az xəbər verir ki, bu barədə
ABŞ dövlət katibi Entoni Blinken Blumberg agentliyinə müsahibəsində deyib.

"Biz bunu çox aydın şəkildə ruslara, o cümlədən prezident Putinə bildirdik".

Dövlət katibi Ukrayna tərəfinin "çirkli bomba" hazırlaması barədə Rusiyanın bəyanatlarını Kremlin “daha ​​bir ixtirası” olduğunu qeyd edib.

Amerika diplomatiyasının rəhbəri ABŞ-ın Ukrayna xalqına gələcək dəstəyini də vəd edib və bunu ABŞ və onun müttəfiqləri üçün vacib və zəruri adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti