Üçkilsədə yəhudi sinaqoqu tikilir

   Üçkilsədə yəhudi sinaqoqu tikilir
  27 Oktyabr 2022    Oxunub:881
Ermənistanın Üçkilsə ərazisində (Hazırkı adı Eçmiədzin-red.) yəhudi sinaqoqu tikilir. AzVision.az xəbər verir ki, Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda və Avrasiya Biznes Klubunun rəhbəri Artur Asatryan tikintinin gedişi ilə tanış olublar.
Moskvada ictimai xadimlərin görüşü də baş tutub. Burada erməni-yəhudi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Eçmiədzin yəhudi sinaqoqunun bütün Cənubi Qafqazda yəhudi mənəvi həyatının mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sinaqoq  





Xəbər lenti