Binəli Yıldırım İlham Əliyevə təşəkkür edib

   Binəli Yıldırım İlham Əliyevə təşəkkür edib
  27 Oktyabr 2022    Oxunub:646
Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.
Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım İstanbulda müalicə aldığı xəstəxanadan evə buraxılırkən mediaya müsahibəsində bildirib.

Mütəmadi olaraq sağlamlıq vəziyyəti ilə maraqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü ifadə edən Binəli Yıldırım hadisə ilə bağlı məlumat verib.

Qəzadan sonra ilkin müdaxilənin Azərbaycanda edildiyini deyən AK Part sədrinin müavini anında helikopterlə Bakıya Mərkəzi Kliniki Xəstəxanaya çatdırıldığını, Azərbaycanda edilən ilkin müdaxilələrdən sonra isə xüsusi təyyarə ilə Türkiyəyə gətirildiyini və müalicəsinin burada davam etdirildiyini bildirilib.

Binəli Yıldırım keçirdiyi bu çətin dövrdə dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək müalicəsinin evdə davam etdiriləcəyini deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti