Ermənipərəst senatorla bağlı növbəti qalmaqal: İstintaqa cəlb olunub

   Ermənipərəst senatorla bağlı növbəti qalmaqal:    İstintaqa cəlb olunub
  27 Oktyabr 2022    Oxunub:1018
Ermənilərə xüsusi rəğbət bəsləyən, Nyu-Cersidən olan senator Robert Menendez istintaqa cəlb olunub.
xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb. İstintaqı Manhetten Federal Prokurorluğu aparır. R.Menendezin müşaviri Maykl Soliman bildirib ki, senator istintaqdan xəbərdardır: "Lakin o, istintaqın miqyasından xəbərsizdir. Həmişə olduğu kimi, hər hansı rəsmi müraciət olunarsa, senator ondan və ya ofisindən tələb olunan hər cür yardımı göstərməyə hazırdır".

Senator Menendez ermənipərəst lobbinin ən fəal tərəfdarlarından biri və ABŞ Konqresi yanında Erməni kokusunun üzvüdür. Menendez ABŞ Senatının Xarici İşlər Komitəsinin üzvü olmasından istifadə edərək Azərbaycanın mənafelərinə və Amerika-Azərbaycan münasibətlərinin inkişafına dəfələrlə maneçilik törədib. 2010-cu ilin payızında Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatının baş tutmamasında Menendez digər ermənipərəst senator Bokser ilə birlikdə fəal iştirak edib.

Qeyd edək ki, 2012-ci ildə Menendez ABŞ-da olma vizasının müddəti keçmiş, hazırda bu ölkədə qeyri-leqal vəziyyətdə olan immiqrantı işə qəbul etməkdə təqsirləndirilib. Vəziyyətin qəlizliyi ondan ibarətdir ki, Luiz Abraan Sançez Zabatela ad-soyadlı bu stajor həm də qeydiyyata alınmış seks-offenderdir və onun adı ölkədən deportasiya edilməli qeyri-leqal immiqrantların siyahısına daxil edilib.

2015-ci ilin aprelində isə o, Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.


AzVision.az



Teqlər:



Xəbər lenti