Putin Ərdoğanı güclü lider və etibarlı tərəfdaş adlandırıb

O, əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan ilk növbədə öz maraqlarını qoruyur: “Bu mənada ümumilikdə Türkiyə və xüsusilə də prezident Ərdoğan asan tərəfdaş deyil. Bir çox qərarlar uzun və çətin mübahisələrdə, danışıqlarda doğulur, lakin hər iki tərəfdə bu razılaşmalara nail olmaq arzusu var. Biz isə, bir qayda olaraq, bu razılaşmalara nail oluruq”.
O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyənin bir çox üst-üstə düşən vektorları və qarşılıqlı maraqları var: “İndi biz avropalı istehlakçılar üçün Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişik. Türkiyə tərəfi də təbii ki, ilk növbədə öz maraqlarına əsaslanaraq razılaşdı”.
AzVision.az
Teqlər: