"Rusiyanın Bakıyla münasibətlərin qurulması prinsipləri ilə razıyıq" - Paşinyan
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcəyi barədə məlumat yayılıb.
Xatırladaq ki, oktyabrın 6-da isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, Rusiyanın sülh müqaviləsinin bağlanması ilə bağlı hərtərəfli təklifləri Ermənistan və Azərbaycana təqdim olunub. O qeyd edib ki, Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


