"Rusiya Qarabağ intriqalarını qızışdırmağa görə cavab verməlidir" - Manukyan

   "Rusiya Qarabağ intriqalarını qızışdırmağa görə cavab verməlidir" -    Manukyan
  28 Oktyabr 2022    Oxunub:1371
Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Rusiyanı tənqid edən çıxışlar edib. AzVision.az xəbər verir ki, o, Ermənistan-Rusiya “Lazarev klubu”nun 5-ci iclasında bəyan edib ki, “Rusiya Ermənistan hakimiyyətinin Qarabağı satmasına dair xırda intriqalarını daim qızışdırır”.
Eks-baş nazir vurğulayıb ki, Rusiya öz bəyanatları, əməlləri və ya “hərəkətsizliyi” ilə hər zaman bu istiqamətdə seçilir. Moskva ilə bağlı çoxlu suallar var. Bəzən belə bir təsəvvür yaranır ki, Rusiya qəsdən Ermənistanda belə əhval-ruhiyyənin yaradılmasını istəyir.

- Rusiya bizə niyə belə davranmağına görə, cavab verməlidir, - Manukyan gileylənib.

O, jurnalistlərə açıqlama verərək ölkəsində anti-Rusiya əhval-ruhiyyəsinin artmasından da danışıb.

Onun sözlərinə görə, Rusiya regionu tərk edəcəyi təqdirdə Qərb qüvvələri Ermənistanı Azərbaycan və Türkiyədən müdafiə etməyəcək.

- Türkiyə Rusiya ilə Qərb arasında çox məharətlə oyunlar oynayır. Amma sonda onun kiminləsə münaqişəsi olacaq. Bu Rusiya ilə, yoxsa Qərblə olacaq? Əlbəttə ki, Rusiya ilə. Çünki Türkiyənin planları bu regionla bağlıdır. O, böyük bir Turan dövləti qurmaq istəyir və belədə Rusiya Federasiyası onun düşməninə çevriləcək. Rusiya pantürkistlərin imperiya yaratmaq planlarına müdaxilə edəcək və təbii ki, onlar arasında toqquşma qaçılmazdır. Belə bir şəraitdə Qərb Türkiyəni dəstəkləyəcək, bu isə o deməkdir ki, Ermənistan türklərin hakimiyyəti altında qalacaq. Belə çıxır ki, bizimkilər indi rusları qovaraq türklərin hakimiyyəti altında qalır. Əgər Türkiyəni düşmən hesab edirsinizsə, o zaman niyə belə edirsiniz?, - deyə o İrəvana sual ünvanlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti