Lukaşenko Paşinyanın dərsini verdi : "Daha pis olacaq axı!"

      Lukaşenko Paşinyanın dərsini verdi :    "Daha pis olacaq axı!"
  28 Oktyabr 2022    Oxunub:1847
Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın tələbi ilə KTMT-nin çağırılan iclasında bir sıra açıqlamalar verib.
O,çıxışında Paşinyanın qaldırdığı sualara sərt şəkildə münasibət bildirib.

“Siz qarşımızda iki məsələ qaldırmısız. Birinci... Oxuyuram: “Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi”. Bizdən tələb edirsiniz ki, mövqeyimizi qərarlaşdıraq. Mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik!”.

"İkinci məsələ: “Mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi verin, deyirsiniz”. Hansı yol xəritəsi?
Buna bu dəqiqə cavab verim: Oturun İlham Əliyevlə, lazım gələrsə, Rusiya prezidentindən də xahiş edin, qərar verin. Bu gün bir qərar qəbul etməsəniz, daha pis olacaq axı, bunu özünüz də dərk edirsiniz. Bizə bu münaqişə lazım deyil!”, deyə Lukaşenko Paşinyanın sualına cavab verib.

AzVision.az



Teqlər:





Xəbər lenti