"Putin Şoyqunun avtoritetini bərpa etməyə çalışır" - ISW

   "Putin Şoyqunun avtoritetini bərpa etməyə çalışır" -    ISW
  29 Oktyabr 2022    Oxunub:1747
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında işğalçı ölkənin prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun səlahiyyətlərini bərpa etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna müharibəsinə dair hesabatda analitiklər qeyd edirlər ki, Vladimir Putin Müdafiə Nazirliyini tənqid edən və radikal sayılan silahlı qrupların artan təsirinə qarşı tarazlıq yaratmaq üçün Rusiyanın informasiya məkanında Şoyqunun nüfuzunu bərpa etməlidir.

Peqov Şoyquya qarşı: “İtkilərimiz daha çoxdur”
İnstitutun ekspertlərinin fikrincə, Rusiya rəhbəri hətta səfərbərliyin başa çatması haqqında məlumatı Şoyqu ilə görüşdə deyil, özü də xalqa elan edə bilərdi. Həmçinin o, uğursuz səfərbərliyi təkbaşına başa çatdırmaq üçün nazirə də göstəriş verə bilərdi.

"Onların səhnələşdirilmiş ictimai görüşü son vaxtlar Şoyqunun mediada daha çox görünməsi ilə uyğun gəlir. Məsələn, bu həftə Şoyqu türkiyəli, çinli və qərbli həmkarları ilə bir neçə telefon danışığı aparıb", - Müharibə Araşdırmaları İnstitutu Şoyqunun əvvəlki aylardan fərqli olaraq niyə indi daha çox təbliğ olunmasına dair hesabatında yazıb.

Analitiklər onu da xatırladıblar ki, Şoyqunun informasiya məkanında üzdə olması tamamilə Kremlin razılığından asılıdır. Çünki yalnız Putin Şoyqunun nə vaxt publik şəkildə danışacağına nəzarət edə bilər.

Qeyd edək ki, son aylar yerli və xarici mediada "Vaqner"in rəhbərindən tutmuş, çeçen silahlılarını hazırlayıb cənhəyə göndərən Çeçenistan rəhbərinə qədər xeyli nüfuzlu şəxsin müdafiə nazirliyi rəhbərliyinin uğursuz fəaliyyətindən narazılığını əks etdirən silsilə yazılar dərc edilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Şoyqu   Rusiya   Putin  





Xəbər lenti