Paşinyan: "Sülhməramlıların mandatının uzadılması sənədini imzalamağa hazıram"

      Paşinyan:    "Sülhməramlıların mandatının uzadılması sənədini imzalamağa hazıram"
  29 Oktyabr 2022    Oxunub:3797
Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçirilən görüşdə Rusiya sülhməramlılarının heç bir şərt olmadan Dağlıq Qarabağda qalma müddətinin 10-20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Paşinyan bunu Mülki Müqavilə Partiyasının VI qurultayında deyib.

Bununla belə, Paşinyan qeyd edib ki, bu barədə təkbaşına qərar qəbul edə bilməz, çünki qərar qəbuletmə formatı üçtərəflidir.

Xatırladaq ki, oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti