"Qarabağ artıq Ermənistanın nəzarətində deyil" - Paşinyan
Ermənistanın baş naziri etiraf edib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib.
“Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”.
Paşinyan partiya üzvlərini cəsarətli olmağa və etiraf etməyə çağırıb ki, çökməkdə olan dünya nizamı şəraitində Ermənistanda dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxış lazımdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


