Rusiya sülhməramlılarının mandatı uzadılacaq? - Rəsmi Kremldən açıqlama

   Rusiya sülhməramlılarının mandatı uzadılacaq? -    Rəsmi Kremldən açıqlama
  29 Oktyabr 2022    Oxunub:1427
Kreml Soçidə keçiriləcək Rusiya-Azərbaycan-Ermənistan sammitində sülhməramlıların mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyü barədə suala aydınlıq gətirib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "görüşün keçirilməsini gözləmək lazmdır" deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının mandatını 10-20 il uzatmağa hazır olduğunu bəyan edərək, şərtlərin Rusiyanın müəyyən etməli olduğunu qeyd edib.

Oktyabrın 31-də Soçidə Qarabağ üzrə Rusiya-Azərbaycan-Ermənistan sammiti keçiriləcək. Sammitdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri də planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti