Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 3-cü dəfə azaldıb

 Türkiyə Mərkəzi Bankı  əsas faiz dərəcəsini 3-cü dəfə azaldıb
  29 Oktyabr 2022    Oxunub:982
Türkiyə Mərkəzi Bankı son üç ayda 83%-lik rekord inflyasiya fonunda ölkədə əsas faiz dərəcəsini üçüncü dəfə aşağı salıb.
AzVision.az xəbər verir ki, bunu ölkənin Türkstat Statistika İnstitutunun məlumatları sübut edir.

Qeyd edilir ki, sentyabrda Türkiyədə inflyasiya 83%-i keçib. Bir il əvvəl inflyasiya 20%-dən bir qədər aşağı səviyyədə olub.

Hazırda Türkiyədə əsas faiz dərəcəsi 10,5% səviyyəsindədir.

Sentyabrın sonunda türk lirəsi ABŞ dollarına nisbətdə 12%-lə tarixi minimuma enib. Sentyabrın 26-da keçirilən ticarət zamanı valyuta aşağı həddə - 1 dollar üçün 18,458 lirəyə düşüb.

AzVision.az



Teqlər: Türkiyə   Mərkəzi-Bank  





Xəbər lenti