Seulda hellouin faciəsində ölənlərin sayı 153-ə çatdı

   Seulda hellouin faciəsində ölənlərin sayı 153-ə çatdı
  30 Oktyabr 2022    Oxunub:968
Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdiham nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, ölənlər arasında 97 qadın var.

Qeyd edək ki, oktyabrın 29-da Seulda təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaşanıb. Nəticədə 153 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan vətəndaşları da daxil olmaqla 19 əcnəbi də var.

Hadisədə ölənlərin çoxunun 20 yaş civarındakı gənclər olduğu bildirilir. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub.

Seul hökumətinin məlumatına görə, hadisədən sonra 355 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

AzVision.az


Teqlər:





Xəbər lenti