Paşinyan Rusiyaya gedir

   Paşinyan Rusiyaya gedir
  30 Oktyabr 2022    Oxunub:863
Ermənistanın baş naziri Nikol Paşinyan sabah - oktyabrın 31-də Rusiyaya işgüzar səfərə gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. O, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü planlaşdırılır", - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Soçidə keçiriləcək üçtərəfli sammitdə iştirakını təsdiqləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti