Ukraynanın vurduğu raket Moldovaya düşdü

Moldova DİN Ukrayna mənbələrinə istinad edərək yazır ki, Rusiya Ukrayna ərazisindəki su elektrik stansiyasını (SES) raket atəşinə tutub. Stansiya Naslavçadan 10 km məsafədə yerləşir.
Mətbuat xidməti pəncərələri sınmış üç evin fotolarını yayıb. Bildirilir ki, raketin düşdüyü ərazi mümkün təhlükələrin qarşısını almaq üçün mühasirəyə alınıb. Hadisə yerində müstəntiqlərdən ibarət qrup işləyir.
AzVision.az
Teqlər: