Soçidə Putinlə Paşinyanın görüşü başa çatıb - YENİLƏNİB

   Soçidə Putinlə Paşinyanın görüşü başa çatıb -  YENİLƏNİB
  31 Oktyabr 2022    Oxunub:1245
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başa çatıb.
AzVision.az xəbər verir ki, Putin-Paşinyan görüşü bir saata yaxın davam edib, dövlət başçıları təkbətək qalıblar.

***

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

AzVision.az xəbər verir ki, Putin Paşinyanla görüşündə bu gün nizamlanma istiqamətində irəli addım atılacağına ümid etdiyini bildirib.

“Münaqişə on illiklərdir davam edir. Nə vaxtsa, bu münaqişəni bitirmək lazımdır.

Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. İndi sizinlə, daha sonra isə üçtərəfli formatda irəli getmək üçün əsas məqamları tapmağa çalışacağıq”, - Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı, müttəfiqidir.

“Çox ümid edirəm ki, bu gün nizamlanma istiqamətində irəli addım atacağıq”, - Rusiya dövlət başçısı əlavə edib.



AzVision.az



Teqlər:





Xəbər lenti