Estoniya Rusiya ilə sərhədə nəzarəti gücləndirir

   Estoniya Rusiya ilə sərhədə nəzarəti gücləndirir
  31 Oktyabr 2022    Oxunub:770
Estoniya Daxili İşlər Nazirliyi əlavə obyektlər tikmək üçün Rusiya ilə sərhəddə qorunan ərazini 10 metrdən 300 metrə qədər genişləndirmək niyyətindədir.
Bunu Estoniya Daxili İşlər Nazirliyinin Sərhəd və Miqrasiya Siyasəti idarəsinin rəisi Yanek Myaqi deyib. “Başa düşdük ki, indiki nizamnamə artıq bu sərhədi yaxşı mühafizə etməyə imkan vermir, bütün sərhəd infrastrukturunu on metr məsafədə yerləşdirmək, patrul etmək, orada normal müşahidə mövqeləri yaratmaq mümkün deyil”-deyə, o bildirib.

O əlavə edib ki, dəyişikliklərdən sonra bütün sərhəd zolağı hamarlanacaq və bu, qadağan olunmuş zonaları aydınlaşdıracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti