Fransa mətbuatı: “Qərbin dəyərləri artıq heç kimi cəlb etmir”

Məqalə müəllifi qeyd edir ki, ilk növbədə Qərbin siyasəti ona gətirib çıxarıb ki, dünya nəzərlərini Şərqə çevirməyə başlayıb. Fransız jurnalist yazır ki, qondarma demokratik dövlətlər başqa ölkələrə “çoxtərəflilik” təəssüratı yaradan “oyun qaydaları”nı tətbiq ediblər və onilliklər ərzində özləri bu qaydaları pozublar.
“Yalnız dünya ticarətində dolların “gücü” köhnə dünya nizamını hələlik öz yerində saxlaya bilər, lakinbu uzun müddət davam etməyəcək. Qərb dövlətləri özləri təlqin etdiyi qaydaları pozmağa başlayıblar. Burada BMT-nin acizliyini və dövlətlərarası problemlərin həllinə mane olmaqda “beynəlxalq ictimaiyyətin” açıq-aşkar acizliyini görmək kifayətdir”.
AzVision.az
Teqlər: