Ukrayna taxılının blokadası fəlakətlə nəticələnə bilər

   Ukrayna taxılının blokadası fəlakətlə nəticələnə bilər
  31 Oktyabr 2022    Oxunub:729
“Beynəlxalq Xilasetmə Komitəsi” Rusiyanın Ukrayna taxılının ixracı üzrə sazişdə iştirakını dayandırmasını fəlakətli nəticələrə gətirib çıxaracağlı ilə bağlı xəbərdarlıq edib.
Qlobal humanitar təşkilat bildirib ki, Ukraynadakı müharibə bu gün ərzaq istehsalı və təchizatının qlobal modellərini artıq dəyişib. Aşağı gəlirli ölkələrdə inflyasiya 90 faizə yaxın artıb və bu il 345 milyon insan ciddi ərzaq təhlükəsizliyi ilə üzləşə bilər.

Təşkilat Şərqi Afrikada on milyonlarla insanın həddindən artıq aclıqla üzləşdiyini və Somalidə son 40 ilin ən pis quraqlığı nəticəsində insanların aclıq astanasında olduğunu bildirib:

“Blokadanın bərpası Rusiya-Ukrayna regionundan taxılın 80 faizinin idxalının qarşısını alacaq, vəziyyəti daha da gərginləşdirəcək. Bu yaxınlarda taxıl ixracının dayandırılması aclıq astanasında olanlara daha çox zərbə vuracaq. Yəmən və Şərqi Afrika buğda idxalına görə Rusiya və Ukraynadan çox asılıdır və Somali fəlakətli aclığın astanasındadır və taxıl ixracında daha çox fasilələr Somalini uçuruma apara bilər”.

AzVision.az



Teqlər:



Xəbər lenti