"Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət ayırırıq" - Rusiya səfiri

 "Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət ayırırıq" -    Rusiya səfiri
  01 Noyabr 2022    Oxunub:916
Rusiya Cənubi Qafqazdakı vəziyyətə böyük diqqət ayırır. Moskva başqa regionlarda həll etməli olduğu digər ciddi vəzifələrə baxmayaraq, buradakı problemlərin həlli üçün səylərini dayandırmır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

O, Soçi görüşü barədə də danışıb: "Belə görüşün baş tutması faktının özü çox vacibdir. Görüşün nə qədər davam etməsi, hazırlıqların necə görülməsi - bütün bunlar nizamlanma ilə bağlı ən çətin məsələlərin substantiv müzakirəsinin həqiqətən də baş verdiyini deməyə əsas verir".

Diplomat qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, bütün məsələlər üzrə razılığa gəlmək mümkün olmasa da, müzakirənin baş tutması və tərəflərin münasibətlərin normallaşması yolu ilə irəliləməyə hazır olduqlarını nümayiş etdirməsi vacibdir.

AzVision.az



Teqlər:





Xəbər lenti