Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə danışacaq

   Ərdoğan Ukrayna və Rusiya prezidentləri ilə danışacaq
  01 Noyabr 2022    Oxunub:677
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışacaq”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, rəsmi Ankara “Taxıl sazişi”ilə bağlı səylərini davam etdirir.

Nazirin sözlərinə görə, Ukraynada müharibə davam etsə də, iki ölkə arasında etimad mühitinin yaradılması istiqamətində işlər də görülür: ““Taxıl sazişi”nin bu istiqamətdə xüsusi rolu var. Yəni problemlər varsa, həll edilməlidir”.

AzVision.az



Teqlər:



Xəbər lenti