Papa Vatikan tarixində ilk dəfə Bəhreynə gedəcək

 Papa Vatikan tarixində  ilk dəfə Bəhreynə gedəcək
  02 Noyabr 2022    Oxunub:657
Roma Papası Fransisk Vatikan tarixində Bəhreynə səfər edən ilk pontifik olacaq.
Səfərin məqsədi İslam dünyası ilə əlaqələri gücləndirmək və Körfəz dövlətində insan haqlarının pozulmasını müzakirə etməkdir. Fransiskin səfəri 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərindən üç il sonra, noyabrın 3-6-da baş tutacaq.

Papa həmçinin, noyabrın 4-də Qətərin mərkəzindəki Sahir sarayında Qahirənin nüfuzlu Əl-Əzhər məscidi və İslami Öyrənmə Mərkəzinin baş imamı Şeyx Əhməd ət-Tayiblə görüşməyi planlaşdırır. İki dini lider 2019-cu ilin fevralında Əbu-Dabidə xristianlar və müsəlmanlar arasında dinlərarası birgə yaşayışı elan edən sənədi imzalayıblar.


AzVision.az


Teqlər:





Xəbər lenti