"Gələn il DİN və Xarici Kəşfiyyat Xidməti yaradılacaq" - Paşinyan

 "Gələn il DİN və Xarici Kəşfiyyat Xidməti yaradılacaq" -    Paşinyan
  02 Noyabr 2022    Oxunub:727
Ermənistanda Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti 2023-cü ildə yaradılacaq. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü il büdcə layihəsinin müzakirəsi zamanı deyib.
"Müvafiq qanun layihələri yaxın vaxtlarda hökumət tərəfindən qəbul edilərək Parlamentə göndəriləcək. Mən buna dəstək göstəriləcəyinə ümid edirəm".

Baş nazirin fikrincə Xarici Kəşfiyyat Xidməti standart güc strukturu olmayacaq və onun işində çox yüksək məxfiliklər olacaq. Əks təqdirdə, struktur bütün mənasını itirə bilər. O, ictimaiyyəti və deputatları bu yeni xidmətin xüsusiyyətlərinə anlayışla yanaşmağa çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti