Rusiya "taxıl sazişi"nə qayıtdı

  Rusiya "taxıl sazişi"nə qayıtdı
  02 Noyabr 2022    Oxunub:960
"Ukrayna limanlarından humanitar dəhlizi ilə taxıl ixracı bərpa olunub". AzVision.az xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Çərşənbə günü saat 12:00-dan etibarən taxıl tədarükü bərpa olunur", - Ərdoğan bildirib.

Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Qeyd edilib ki, bu, BMT və Türkiyənin vasitəçiliyi sayəsində baş verib.

"Rusiya hesab edir ki, hazırda alınan təminatlar kifayətdir və sazişin icrasını bərpa edir", - nazirlik bildirib.

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti