"İran Rusiyaya ballistik raketlər və daha çox PUA göndərəcək" - ISW

   "İran Rusiyaya ballistik raketlər və daha çox PUA göndərəcək" -   ISW
  02 Noyabr 2022    Oxunub:1866
İran Rusiya Federasiyasını silahlandırmağa davam etməyi planlaşdırır. O, Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə üçün yeni ballistik raketlər və daha çox pilotsuz təyyarələr göndərmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında məlumat verilib. Analitiklərin fikrincə, çox güman ki, bu cür əməkdaşlıq Rusiya dövlətinin İran silahlarından asılılığını daha da artıracaq.

Britaniya kəşfiyyatı: "İran PUA-ları ləng və səs-küylü olduğu üçün asan vurulur"
ISW xəbərdarlıq edib ki, Moskva cəbhə xəttindəki uğursuzluqları kompensasiya etmək üçün Ukraynanın kritik infrastrukturuna raket və dronlarla hücumları davam etdirəcək.

"Moskva ehtimal ki, müharibə zamanı, xüsusən də Rusiyanın Ukraynanın mühüm infrastrukturuna qarşı aktiv şəkildə istifadə etdiyi qanadlı raketlər və PUA ehtiyatlarının tükənməsi səbəbindən əlavə silah tədarükü ilə bağlı danışıqlar aparıb", - hesabatda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Rusiya   Silah  





Xəbər lenti