Ordumuzun cənubdakı təlimləri güneyli soydaşlarımızı sevindirdi

“Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib”, - deyə Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib.
Xəbərin şərh bölümündə yüzlərlə Güney azərbaycanlı Azərbaycan və fars dillərində şərh yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər.
Güneyli sosial media istifadəçiləri “SEPAH-ın Araz sahilində keçirdiyi təlimlərə tutarlı cavabdır”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycana canlar fəda”, “Yaşasın Azərbaycan əsgəri” və başqa bu kimi şərhlər yazıblar.
AzVision.az
Teqlər: