Vaşinqtonda Bayramov-Mirzoyan-Blinken görüşü olacaq

   Vaşinqtonda Bayramov-Mirzoyan-Blinken görüşü olacaq
  03 Noyabr 2022    Oxunub:858
Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ararat Mirzoyan açıqlayıb.

Mirzoyan dəqiq tarix açıqlamasa da, görüşün bir neçə gündən sonra baş tutacağını bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti