Mask "Twitter"də ixtisarlar edir: 3700 nəfər işdən çıxarılır

         Mask "Twitter"də ixtisarlar edir:    3700 nəfər işdən çıxarılır
  03 Noyabr 2022    Oxunub:614
"Twitter"in yeni sahibi İlon Mask ixtisarlar edəcək. Belə ki, o, şirkətdəki işçi qüvvəsini azaltmağı hədəfləyir. Qalan şəxslərə isə vəzifələrinə geri qayıtmaları bildiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, 44 milyard dollarlıq alışdan sonra xərcləri azaltmaq istəyən Mask "Twitter"də təxminən 3700 adamı işdən çıxartmağı planlaşdırır.

Mənbənin verdiyi məlumata görə, Mask və məsləhətçilər komandası "Twitter"də işdən çıxarılma və digər dəyişikliklər üçün bir sıra ssenariləri nəzərdən keçiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti