Ukraynada çirkli bomba iddialarıyalan çıxdı

   Ukraynada çirkli bomba iddialarıyalan çıxdı
  03 Noyabr 2022    Oxunub:671
“Ukraynada "çirkli bomba" iddiaları həqiqətə uyğun deyil”.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) mətbuat xidmətinin bəyanatında əksini tapıb.

Baş direktor Qrossi vurğulayıb ki, iddialar geniş şəkildə araşdırılıb:

“Ukrayna hökumətinin tələbi ilə faktların yerində yoxlanılması üçün müfəttişlər iddianın əksini tapdığı ərazilərə göndərilib.Hazırkı münaqişə ilə əlaqədar mövcud çətin şəraitdə heyət ora gedib və fəaliyyətini həyata keçirib.

İndiyə qədər əldə etdiyimiz nəticələrin texniki və elmi qiymətləndirilməsinə görə həmin ərazilərdə elan olunmamış nüvə fəaliyyətinə və materiallarına dair heç bir əlamət yoxdur. Bundan əlavə, biz ən qısa zamanda həmin ərazidə götürülən nümunələrin nəticələri barədə məlumat verəcəyik”.

O əlavə edib ki, AEBA bu cür yoxlama işlərini davam etdirməyə hazırdır.

Xatırladaq ki, Ukrayna AEBA-ya müfəttişlər qrupunun göndərilməsi ilə bağlı yazılı müraciətləri Rusiya Federasiyasının Ukraynanın üç obyektində - Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunda, Jovti Kodıdakı Şərq Mədən və Emalı Zavodunda və Dneprdə "Pivdennıy" Maşınqayırma İstehsalat Birliyində fəaliyyətlə bağlı iddialardan sonra edib.

AzVision.az


Teqlər:





Xəbər lenti