Kürün səviyyəsi qalxır
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 9 santimetr artdığı, su sərfinin saniyədə 295 kubmetr təşkil etdiyi müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma qeydə alınmışdır. Bu məntəqədə su sərfi saniyədə 103 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin artdığı müəyyən edilmişdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 330, Şirvanda 179, Salyanda 113, Bankədə 205, Novruzlu məntəqəsində isə 38 santimetrdir.
Teqlər: