420 piyada cərimələnib

420 piyada cərimələnib
  09 May 2014    Oxunub:1200
Mayın 5-dən etibarən Bakıda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi ərzində 420 piyada inzibati qaydada məsuliyyətə cəlb edilib.
Mayın 11-dək davam edəcək həftəlik çərçivəsində paytaxtda yol polisinin xidməti ərazilərində piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısının alınması məqsədi ilə müntəzəm reydlərin keçirilməsi, bu istiqamətdə KİV-də təbliğatın daha da gücləndirilməsi, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi piyadaların hüquqi vəzifəsini tənzimləyir və maddədə göstərilən tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq, piyadalar məsuliyyətə cəlb olunurlar.

Bu ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə nəticələnən qəzalar ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var. Bu ilin təkcə birinci rübü ərzində ölkə üzrə piyadaların vurulması ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 86 nəfər ölüb, 152 nəfər isə xəsarət alıb. Paytaxt Bakıda isə bu ilin 4 ayı ərzində baş vermiş 169 yol qəzası nəticəsində 39 piyada ölüb.




Teqlər:





Xəbər lenti