The Times: Almaniyanın pensiya sistemi dağılmaq üzrədir

      The Times:    Almaniyanın pensiya sistemi dağılmaq üzrədir
  04 Noyabr 2022    Oxunub:961
Almaniyada pensiya sistemi pul çatışmazlığı səbəbindən tədricən dağılmağa yaxınlaşır.
Bu brədə köşə yazarı Oliver Mudinin Britaniyanın “The Times” qəzetində dərc edilən məqaləsində deyilir. "Almaniyanın dövlət pensiya sistemi çökmək ərəfəsindədir. Belə ki, insanların ömür uzunluğu artdığı üçün tezliklə pensiya yaşı artırılmalı olacaq. İqtisadçılar bundan əvvəl də hakimiyyətə sistemin çökə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Lakin siyasətçilər belə bəyanatları ciddiyə almadılar. Ekspertlər hesab edir ki, Almaniyanın pensiya sistemi növbəti beş ildə vəsait çatımazlığından müflis olacaq. Lakin bunun qarşısını almaq üçün hökumət yüksək ödənişləri dayandırmalıdır"- deyə, jurnalist bildirib.

Söhbət ondan gedir ki, Almaniyada pensiyaçı ölkədəki orta qazancın təxminən 48%-ni alır. Eyni zamanda, hazırda hər 100 işçiyə 50 pensiyaçı düşür. Artıq 15 ildən sonra bu nisbət 70 pensiyaçı üçün 100 işçiyə dəyişəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti