Medvedev: "Öz torpaqlarımız üçün mübarizə aparırıq"

Medvedev "Niyə bizim işimiz haqq işidir?" sərlövhəli paylaşımında yazıb: "Biz nə üçün mübarizə aparırıq? Rusiya Federasiyası zəngin və nəhəng ölkədir. Rusiyaya yad ərazilər lazım deyil, bizdə hər şey boldur".
Sədr müavini rus torpaqlarının ruslar üçün müqəddəs olduğunu qeyd edib. O, yazıb ki, "orada bizim əcdadlarımız yaşayıb, indi də bizim xalqımız yaşayır”.
Medvedev onu da vurğulayıb ki, Rusiya öz torpağını heç kimə verməyəcək: "Biz öz xalqımızı qoruyuruq. Öz torpaqlarımız üçün, min illik tariximiz üçün mübarizə aparırıq".
Düşmən haqqında danışan Təhlükəsizlik Şurasının sədr müavini yazıb ki, Rusiya “ona nifrət edənlərə, dilə, dəyərlərə və inanclara qadağa qoyanlara, Vətən tarixinə nifrət aşılayanlara qarşı mübarizə aparır”.
Tural Tağıyev
AzVision.az