Rəisi Baydenə dəli dedi: “İran 43 il əvvəl azad edilib”

      Rəisi Baydenə dəli dedi:    “İran 43 il əvvəl azad edilib”
  04 Noyabr 2022    Oxunub:1283
İran prezidenti İbrahim Rəisi amerikalı həmkarı Co Baydenin “İranı tezliklə azad edəcəyik” bəyanatına reaksiya verib.
AzVision.az xəbər verir ki, ABŞ-ın Tehrandakı səfirliyinin zəbt edilməsinin 43-cü ildönümü şərəfinə keçirilən təntənəli mitinqdə çıxış edən Rəisi Baydenin bəyanatını başının xarab olmasının nəticəsi adlandırıb.

Bayden İranı azad edəcəyinə söz verdi - VİDEO
"ABŞ prezidenti dəlilikdən bəzi açıqlamalar verdi. Dedi ki, onlar İranı azad etmək istəyirlər. Cənab prezident! İran 43 il əvvəl azad edilib, əsirlikdən çıxıb və biz heç vaxt sizin süd verən inəyiniz olmayacağıq", - Rəisi qeyd edib.

Qeyd edək ki, Bayden dünən seçki kampaniyası zamanı tərəfdarlarına deyib ki, "Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özləri özlərini azad edəcəklər".

Xatırladaq ki, 4 noyabr 1979-cu ildə radikal iranlı gənclərdən ibarət dəstə ABŞ səfirliyinə hücum edərək 66 nəfəri, diplomatları, dəniz piyadalarını və texniki işçiləri girov götürmüşdülər. Ozamankı ABŞ hakimiyyətinin xüsusi hərbi əməliyyatı nəticəsində işçiləri azad etmək cəhdləri uğursuzluğa düçar olmuşdu. Girovların əksəriyyəti 444 gün əsirlikdə qalmalı oldu. İran hər il bu tarixi “Qlobal Təkəbbürlə Mübarizə Milli Günü” kimi qeyd edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   ABŞ   Bayden   Rəisi  



Xəbər lenti