Ərdoğan Qərbi kəskin tənqid edib

   Ərdoğan Qərbi kəskin tənqid edib
  04 Noyabr 2022    Oxunub:674
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin insanlıq dərsi vermək və eyni zamanda Afrikadakı problemləri görməzlikdən gəlmək cəhdlərini biabırçılıq adlandırıb.
Bu barədə AzVision.az “TASS”a istinadən xəbər verir.

“Afrikada, xüsusilə Somalidə bir tikə çörəyə çata bilməyən hər bir günahsız insanın acısı ürəyimizi parçalayır. Təəssüf ki, milyonlarla insanın ölümünə səbəb olan bu faciələrə son qoymaq üçün heç bir səy göstərilmir. Bütün dünyaya insanlıq dərsi verən Qərb dövlətlərinin bu faciəyə biganə qalması təəssüf doğurur” - Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, Ankara Avropanın davranışından təəccüblənmir. O, qeyd edib ki, Avropa ölkələri Afrika, Asiya və Latın Amerikasını onların neftinə, qızılına və ucuz işçi qüvvəsinə ehtiyacı olduğu dərəcədə yüksək qiymətləndirirlər.


AzVision.az



Teqlər:





Xəbər lenti