Borel: “Aİ Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməlidir”

      Borel:    “Aİ Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməlidir”
  04 Noyabr 2022    Oxunub:1034
“Avropa İttifaqı strateji əhəmiyyətli regiona çevrilən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməlidir”.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel bəyan edib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri xarici siyasətlərini diversifikasiya etməyi düşünürlər və onlar artıq Sovet İttifaqının daxilində deyillər.

Avropa diplomatiyasının rəhbərinin qeyd edib ki, Mərkəzi Asiya ölkələri strateji baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edir və indiki şəraitdə daha çox vacib istiqamətdir.

AzVision.az


Teqlər:





Xəbər lenti