ABŞ səfirliyindən İrəvandakı vətəndaşlarına xəbərdarlıq: "Ərazidən qaçın"
Səfirlik xəbərdarlıq edib ki, nümayişlərin keçiriləcəyi yerlər əvvəlcədən müəyyən edilməyə bilər, çünki iştirakçılar hər an istiqaməti dəyişir, nəqliyyatın hərəkətinə maneələr yaradır:
"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və ola bilsin ki, zorakı hərəkətlərə çevrilə bilər. Aksiya keçirilən ərazidən qaçın, yeniliklər üçün yerli medianı yoxlayın, izdihamdan , nümayişlərdən uzaq durun. Təhlükəsizliyiniz barədə dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


