İlon Mask: “ Gəlir azalıb, “Twitter”də ixtisarlar qaçılmazdır”

      İlon Mask:    “ Gəlir azalıb, “Twitter”də ixtisarlar qaçılmazdır”
  05 Noyabr 2022    Oxunub:789
“Twitter”in yeni sahibi İlon Mask bildirib ki, şirkətin böyük maliyyə itkiləri səbəbindən işçilərin bir hissəsinin vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq mümkün deyil.
AzVision.az xəbər verir ki, İlon Mask bu barədə tviter hesabında yazıb. ““Twitter”də ixtisarların aparılmasına gəlincə, təəssüf ki, seçim yoxdur. Şirkət hər gün 4 milyon dollardan çox vəsiat itirir”- o yazıb.

İlon Mask həmçinin “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb: “Aktivist qrupların reklamçılara təzyiq göstərməsi səbəbindən “Twitter”in gəlirləri kəskin şəkildə azalıb. Baxmayaraq ki, kontentin moderasiyası ilə bağlı heç bir dəyişiklik olmayıb. Biz aktivistləri sakitləşdirmək üçün mümkün olan hər şeyi etdik. Bu, ciddi səhvdir! Onlar Amerikada söz azadlığını məhv etməyə çalışırlar”, - deyə o, “Twitter” hesabında qeyd edib.

AzVision.az





Teqlər:





Xəbər lenti