Rusiyada kafedə yanğın: 13 nəfər ölüb

   Rusiyada kafedə yanğın:    13 nəfər ölüb
  05 Noyabr 2022    Oxunub:829
Rusiyanın Kostroma şəhərində “Poliqon” adlı kafedə baş verən yanğın nəticəsində 13 nəfər ölüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib. Yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.

İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: “Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”. Fişəngi atan şəxs axtarışa verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti