İrandan Moskvaya uçan nəqliyyat təyyarəsində kamikadze-dronlar ola bilər

İrandan Moskvaya uçan nəqliyyat təyyarəsində kamikadze-dronlar ola bilər
  05 Noyabr 2022    Oxunub:993
İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nəşrin məlumatına görə, “İl-76” təyyarəsi noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.

“Bild”in hərbi eksperti Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.

Y.Röpke hesab edir ki, məhz “İl-76”da rusların Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Shahed-136” dronlarının yeni partiyası Moskvaya gətirilib.

AzVision.az



Teqlər: İran   Rusiya   Dron  





Xəbər lenti