ABŞ ordusunun elit diviziyasının döyüşçüsü Ukraynada öldürüldü

   ABŞ ordusunun elit diviziyasının döyüşçüsü Ukraynada öldürüldü
  06 Noyabr 2022    Oxunub:575
Ukrayna hökuməti amerikalı muzdlu əsgər, 82-ci hava-desant diviziyasının desantçısı Pol Kimin öldüyünü açıqlayıb.
"Coffee or Die Magazine" jurnalı bildirir ki, hərbçi Nikolaevdəki döyüşlər zamanı Ukraynanın Beynəlxalq Ərazi Müdafiə legionunda olarkən həlak olub.

Kimin artilleriya, tank və zirehli texnikanın cəlb olunduğu xüsusilə şiddətli döyüşdə ağır atəşlər zamanı Ukrayna əsgəri ilə birlikdə öldürüldüyü bildirilir.

Kim 12 il orduda xidmət edib, 2005-ci ildə ehtiyata çağırılıb. 2007-ci ilin iyunundan 2008-ci ilin mayına qədər İraqda çalışıb, Oklahoma Universitetini bitirib. O, həmçinin Arlinqtondakı Texas Universitetində Ehtiyatda olan Zabitlərin Hazırlıq Korpusunda tələbələrə hərbi elmdən dərs deyirdi. Kimin 35 yaşı vardı.

Bundan əvvəl köşə yazarı Cek Bakbi Qərbin Kiyevə ötürdüyü silahları yoxlamaq üçün Amerika əsgərlərinin Ukraynaya göndərilməsinin mümkün riskləri barədə xəbərdarlıq etmişdi. O, bəyan edib ki, Rusiya ilə NATO arasında münaqişənin intensivləşməsi ehtimalı var. Bakbi qeyd edib ki, Amerika əsgərlərinin ölümü Şimali Atlantika Alyansına hücum kimi qiymətləndirilə bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti